İdman

Bakıda oynayacaq 1/4 final cütü bəlli olub

AVRO-2020-nin 1/4 final mərhələsinin ilk cütü müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, buna 1/8 finalın Niderland – Çexiya matçından sonra aydınlıq gəlib.
2:0 hesabı ilə qalib gələn Çexiya  adını 1/4 finala yazdırıb. Onlar iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçda Danimarka ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Danimarka iyunun 27-də Uelsə 4:0 hesabı ilə qalib gəlib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button