Cəmiyyət

Bakıda parkda yanğın olub |

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən parkda yanğın olması barədə məlumat daxil olub.
“Report” nazirliyə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın söndürülüb.
İlkin məlumata əsasən, təqribən 150 m² sahədə quru ot və kol-kos yanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button