İqtisadiyyat

Bakıda sənaye istehsalı 1,2% artıb

Bu ilin yanvar-mart aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artaraq 8,8 mlrd. manat təşkil edib.
Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 77,6%-i mədənçıxarma, 18,6%-i emal, 3,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olub.
Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 84,5% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1% təşkil edib.
“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 aprel 2021-ci il vəziyyətinə 340,6 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 84,3 mln. manat məbləğində digər məhsullar da mövcud olub”, – məlumatda qeyd olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button