İqtisadiyyat

Bakıda sənaye istehsalı 13% artıb

Bu ilin yanvar-aprel aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 12 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 13,2% çoxdur.
Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 76,4%-i mədənçıxarma, 20%-i emal, 2,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 83,9% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,1%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,9% təşkil edib.
“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 may 2021-ci il vəziyyətinə 340,6 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 79,9 mln. manat məbləğində digər məhsullar da mövcud olub”, – məlumatda qeyd olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button