Cəmiyyət

Bakıda sərnişin avtobusu qəzaya düşüb

Bakıda yol-nəqliyyat hadisəsi olub.
“Report”un xəbərinə görə, hadisə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Opel” markalı avtomobillə “BakuBus” MMC-nin istismarında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə “Iveco” markalı sərnişin avtobusu toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button