İdman

Bakıda son oyunun açılış mərasimi olub

AVRO-2020-nin 1/4 final mərhələsində Çexiya və Danimarka milliləri qarşılaşacaq.
Apasport.az saytının məlumatına görə, bu, turnirin Bakı Olimpiya Stadionunda keçiriləcək son oyunu olacaq.
Görüşdən öncə açılış mərasimi baş tutub. Tədbirdə arenada keçirilən əvvəlki 3 matçda olduğu kimi, Bakını əks etdirən və üzərində Avropa çempionatının kuboku olan böyük plakat meydanın mərkəzində açılıb. Həmçinin Çexiya və Danimarka yığmalarının forması dalğalanıb.
Lakin əvvəlki görüşlərdən fərqli bu dəfə bir ilk yaşanıb. Danimarka millisində konkret futbolçunun – Kristian Eriksenin forması qaldırılıb.
Qeyd edək ki, üçüncü yarımfinalçının müəyyənləşəcəyi görüş saat 20:00-da başlayacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button