İqtisadiyyat

Bakıda su təsərrüfatına dair Almaniya-Azərbaycan forumu keçiriləcək

Bu ilin 12 oktyabr tarixində Bakıda “Azərbaycanda su təsərrüfatı və çirkab sularının davamlı inkişafı” mövzusunda I Almaniya-Azərbaycan forumu keçiriləcək.
“APA-Economics” Alman-Azərbaycan Xarici Ticarət Palatasına (AHK-Azərbaycan) istinadən xəbər verir ki, Almaniya şirkətlərinin Azərbaycana səfəri çərçivəsində oktyabrın 11-dən 14-dək dövlət və özəl sektorlarda fəaliyyət göstərən müəssisələrlə görüşlər təşkil olunacaq.
Dörd günlük işgüzar proqram Alman şirkətlərinə yerli vəziyyətlə tanış olmaq və bazarın müvafiq iştirakçıları arasında peşəkar təcrübə mübadiləsini asanlaşdırmaq imkanı verəcək. 
Alman şirkətləri B2B iclaslar, dövlət qurumlarına ziyarətlər, dəyirmi masalar və şirkət turları vasitəsilə ölkənin ən əhəmiyyətli qurumları ilə yaxından tanış ola biləcəklər. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button