Cəmiyyət

Bakıda tarixi binanın üzərində tikilən mansard sökülür

Bakının 28 May küçəsində yerləşən 1908-ci ildə inşa edilmiş memarlıq binasında qanunsuz olaraq artırılan mansardın sökülməsi barədə qərar qəbul edilib.

Dünən sosial şəbəkələrdə memarlıq abidəsinin üzərində 2016-cı ildə artırılmış qanunsuz mansardla bağlı xəbər yayıldıqdan sonra Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) buna operativ reaksiya verib.

Belə ki, qəbul edilən qərara əsasən, BŞİH-in strukturları tərəfindən mansardın dərhal söküntüsünə başlanılıb.

Həmçinin, yaradılacaq müvafiq komissiya mansardın tikintisi məsələsində günahkarları müəyyən edərək cəzalandıracaq.

BŞİH bildirir ki, Bakıdakı arxitekturalı binaların mühafizəsi bundan sonra da təmin ediləcək və tarixi binalar üzərində aparılan istənilən qanunsuz tikinti işlərinin qarşısı alınacaq.

Qeyd edək ki, tarixi bina “Nizami” kinoteatrının arxasında yerləşən bağla üzbəüzdür. Azərbaycanlı milyonçu Musa Nağıyevin sifarişi ilə tikilmiş bu ev memarlıq abidəsi hesab olunur. Unikal memarlıq elementləri ilə seçilən bina “L’Art Nouveau” stilində ucaldılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button