İqtisadiyyat

Bakıda Ukraynanın turizm potensialı nümayiş olunur

Bu gün Azərbaycan paytaxtında “Bakıda Kiyev Günləri” (“Days of Kyiv in Baku”) adlı tədbir işə başlayıb.
“APA-Economics”in məlumatına görə, tədbirin əsas məqsədi Ukrayna və onun paytaxtı Kiyev şəhərinin turizm potensialını Azərbaycanda nümayiş etdirmək, qarşılıqlı əməkdaşlıq üçün əlaqələr qurmaq və azərbaycanlı turistlərin Ukraynaya axınını stimullaşdırmaqdır.
Tədbirdə Kiyev Şəhər Dövlət İdarəsinin rəhbərinin müavini Marina Xonda, Kiyev Şəhər Dövlət İdarəsinin icra orqanının turizm və təbliğat şöbəsinin müdiri Marina Radova, Ukraynanın Azərbaycandakı səfirliyinin, həmçinin Azərbaycan və Ukraynanın turizm sektorunun nümayəndələri iştirak edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button