Cəmiyyət

Bakıda usta işlədiyi evdə çimərkən öldü

Bakıda usta işlədiyi evdə bədbəxt hadisə nəticəsində ölüb.
“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 65 yaşlı Məmməd Allahverdiyev çalışdığı evdə işləri bitirdikdən sonra hamam otağına keçib, orada çimərkən ayağı sürüşüb və başından ağır xəsarət alıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button