Cəmiyyət

Bakıda yaşayış komplekslərinin 85 %-i kanalizasiya şəbəkəsi ilə təmin olunacaq

“Bakının 12 rayonunda kanalizasiya şəbəkəsi ilə təmin olunma 50 faizdir. Bu gün Böyük Şor, Zığ gölü, Bülbülə gölü, Binəqədi gölü, Lökbatanda Üçgölün, ümumilikdə 9 gölün reabilitasiyası və tezliklə bərpası nəzərdə tutulub”.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov “Ekspert saatı”nda deyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli isə əlavə edib ki, paytaxtın Baş Plan çərçivəsində yaşayış komplekslərinin 85 faizinin tamamilə kanalizasiya şəbəkəsi ilə təmin olunması nəzərdə tutulur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button