Cəmiyyət

Bakıda yol qəzası olub, yeniyetmə xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.
“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 8 Noyabr prospektində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, beton maneəyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin – 16 yaşlı Məhəmməd Qəribov xəsarət alıb. Yaralının sürücünün oğlu olduğu bildirilir.
Məlumata görə, hadisəyə yüksək sürət səbəb olub. Hadisə yerinə təcili tibbi yardım maşını gəlib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button