İdman

Bakıdakı oyunlara 45 min bilet satılıb

AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün 45 minə yaxın bilet satılıb.
Bu barədə apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.
Assosiasiya rəsmisi bildirib ki, iyunun 12-də A qrupu çərçivəsində baş tutacaq Uels – İsveçrə qarşılaşması üçün hələlik 6000 bilet satılıb. İyunun 16-da keçiriləcək Türkiyə – Uels matçına maraq daha böyükdür. “Ay-ulduzlular”ın Britaniya təmsilçisi ilə görüşünü izləmək üçün 20 min bilet sifariş olunub. 
Türkiyə – İsveçrə və 1/4 final mərhələsinin oyunlarına isə hələlik ümumilikdə 19 minə yaxın bilet satılıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı oyunları maksimum 31 min azarkeş izləyə bilər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button