Gündəm

Bakıdan Naxçıvana uçan təyyarə nasazlıq səbəbindən geri qayıdıb 

Bu gün, iyulun 4-ü, saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən “Azərbaycan Hava Yolları” qapalı səhimdar cəmiyyətinə (QSC) məxsus “Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş icazəsi istəyib.

QSC-dən AZƏRTAC -a bildirilib ki, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Yerli vaxtı ilə saat 08:01-də təyyarə Bakı Beynəlxalq Aeroportunda eniş edib. Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onların Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcəyi bildirilir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button