İqtisadiyyat

Bakının rayonlarında istismar müddəti başa çatan köhnə liftlər yenilənir

Bakı Şəhər İcra Hakimiyyəti, Almaniyanın “Wittur Holding GMBH” şirkəti ilə bağladığı müqaviləyə əsasən paytaxta daha 625 ədəd lift gətirilərək, şəhərinin müxtəlif rayonlarında istismar müddəti başa çatan köhnə liftlərin yerinə quraşdırılması işlərini həyata keçirir. Bakı Şəhər İcra Hakimiyyətindən “APA-Economics”ə verilən məlumata əsasən, müqavilə şərtlərinə uyğun olaraq alınan liftlərin quraşdırılma prosesinin icrası və işlərin gedişi ilə yerində tanış olmaq üçün şirkətinin nümayəndəsi  Ralf Günter Bakıya gəlib.O, “Lifttəmir” İstehsalat Birliyinin istehsalat bazasında quraşdırılan Mərkəzi Dispetçer Xidməti Sisteminin işi ilə, paytaxtın bir neçə rayonunda quraşdırma işləri ilə tanış olub və öz məsləhətlərini verib.R. Günter görülən işlərin keyfiyyətindən razı qaldığını, gələcəkdə də əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.Qeyd edək ki, Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı Sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə böyük təcrübəsi olan və geniş texniki imkanlara malik “Wittur Holding GMBH” şirkəti ilə müqavilə imzalanıb. Müqavilə şərtlərinə uyğun olaraq ilkin olaraq 581 ədəd yeni lift Bakıya gətirilərək quraşdırılıb. Həmçinin liftlərə xidmət göstərilməsi və onları daimi nəzarətdə saxlanılması üçün Mərkəzi Dispetçer Xidməti Sistemi qurulub və bura lazımı texniki avadanlıqlarla təchiz edilib. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button