İqtisadiyyat

Bakının ticarət dövriyyəsi 1%-dək artıb

Bu ilin yanvar-aprel aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,8% artaraq 6 723,1 mln. manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, paytaxtın ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% artaraq 3 545,7 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,7% azalaraq 3 177,4 mln. manata bərabər olub.
İstehlak məhsullarının 38,1%-i hüquqi şəxs statuslu müəssisələrdə, 45,6%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,3%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button