İdman

Bakıya gələcək ikinci yığma dəqiqləşəcək

AVRO-2020-də 1/8 final mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün daha iki oyun keçiriləcək.
Baş tutacaq qarşılaşmalardan sonra 1/4 final mərhələsinin ilk iki cütlüyü də müəyyənləşəcək.
Günün ilk matçı Budapeştdə olacaq. Yer aldığı qrupu maksimum nəticə ilə başa vuran Niderland Çexiyanı sınağa çəkəcək. Bu görüşün azərbaycanlı azarkeşlər üçün önəmi daha böyükdür. Çünki qalib gələcək komanda 1/4 finalda Danimarka ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.
Erkən finallardan sayılan cütlükdə Belçika ilə son çempion Portuqaliya Sevilyada münasibətlərinə aydınlıq gətirəcək. Bu dueldən üzüağ çıxacaq tərəf növbəti mərhələdə İtaliyaya rəqib olacaq.
AVRO-20201/8 final27 iyun20:00. Niderland – ÇexiyaBaş hakim: Sergey Karasyov (Rusiya)Budapeşt. “Puşkaş Arena”
23:00. Belçika – PortuqaliyaBaş hakim: Feliks Brix (Almaniya)Sevilya. “Kartuya” stadionu

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button