İqtisadiyyat

Bankın öhdəliklərinin restrukturizasiyası müddətinin uzadılması proseduru müəyyənləşir

Mülki Prosessual Məcəlləyə yeni maddə əlavə olunması təklif edilir.
APA-nın məlumatına görə, təklif olunan 355-18-1-ci maddəyə əsasən, bankın öhdəliklərinin könüllü restrukturizasiyası müddəti bankın əsaslandırılmış ərizəsi əsasında işə baxan məhkəmə tərəfindən uzadıla bilər.
Bankın öhdəliklərinin könüllü restrukturizasiyası müddətinin uzadılması haqqında ərizəyə məhkəməyə verildikdən sonra məhkəmə tərəfindən 10 gün ərzində baxılacaq və qərardad qəbul ediləcək. Qərardad dərhal qüvvəyə minəcək və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmayacaq. Həmin qərardaddan şikayət, qərardad rəsmi qaydada işdə iştirak edən şəxslərə verildiyi gündən 10 gün müddətində verilə bilər.
Məsələ Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button