İqtisadiyyat

“Banklar əhalinin faciəsi üzərindən pul qazanır”

Deputat “Banklar haqqında” qanunun yenidən müzakirəyə çıxarılması təklifi ilə çıxış edib.
APA-nın məlumatına görə, deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, bankların hesabatlılığı, şəffaflığı yoxdur: “Banklar əhalinin faciəsi üzərindən pul qazanır. Bankların yol verdiyi qanun pozuntuları ilə bağlı Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində yeni maddə təsbitini tapsın. Azərbaycan xalqının üzərindən bu “Domokl qılıncı”nı götürmək üçün təsirli addımlar atılmalıdır”.
Deputat Tahir Kərimli də bankların vətəndaşlar üçün yaratdığı problemlərdən danışıb. “İnsana külli miqdarda kredit faizi ilə əzab verməkdə məqsəd nədir? Onlara bu dərəcədə şiddət göstərmək olmaz. Bu insanlar yazıq deyilmi? Azərbaycanda İslam bankçılığı olmalıdır”, – deyə o qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button