Dünya

Banqladeşdə fabrikdə baş verən yanğında 53 nəfər ölüb – YENİLƏNİB-1

Banqladeşin Narayanqance şəhərində meyvə şirəsi istehsal edən “Hashem Foods” zavodunda baş verən yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
“Report” “Bangladesh Observer”ə istinadən xəbər verir ki, ötən gün axşam “Hashem Food” şirkətinə məxsus 6 mərtəbəli şirə fabrikində başlayan yanğın zamanı 3 nəfərin alovda yanaraq öldüyü, 50-dən çox işçinin xəsarət aldığı, bunlardan 10-nun xəstəxanaya çatdırıldığı bildirilir. Hadisə zamanı yuxarı mərtəbələrdə olan bəzi işçilər özlərini aşağı atıblar.
Yanğın və Mülki Müdafiə Xidmətinin direktor köməkçisi Abdullah əl Arifin bu gün günorta saatlarında alovun xeyli dərəcədə nəzarətə götürüldüyünü, binada söndürmə işlərinin davam etdiyini deyib: “Hələlik ölənlərin tam sayı aydın deyil, dağıntılar altından daha çox meyit çıxarıla bilər”.
O, hadisədən sonra binadan 2 meyitin çıxarılaraq şəxsiyyətinin müəyyənləşdirildiyini, yanğının ikinci mərtəbədən yayılmağa başladığını bildirib.
Yanğını söndürmək üçün 17 xilasetmə dəstəsi cəlb edilib.
12.59
Banqladeşin Narayanqance şəhərində meyvə şirəsi istehsal edən “Hashem Foods” zavodunda baş verən yanğın nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
İlkin məlumata görə, yağına səbəb müəssisədə aparılan qaynaq işləridir.
Bildirilib ki, 47 nəfər itkin düşüb.
10.09
Banqladeşdə fabrikdə baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən bildirir ki, hadisə iyulun 9-da səhər saatlarında Narayanqance şəhərində yerləşən 7 mərtəbəli müəssisədə qeydə alınıb.
Yanğın zamanı fabrikdə 7-8 min nəfər işçi olub.
Ölənlərin və yaralananların sayının artacağı ehtimal edilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button