Dünya

Baş katib: “ATƏT Cənubi Qafqazda fəal iştirak edəcək”

ATƏT-in Baş katibi Helqa Maria Şmid Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
ATƏT rəsmisi Azərbaycan və Ermənistan arasında etimadın bərpasında göstərdiyi dəstəyə görə Gürcüstana minnətdarlıq bildirib: “Bu, ATƏT də daxil olmaqla müxtəlif iştirakçıların uğurlu əməkdaşlığının nümunəsi oldu”.
H.M.Şmid görüşdə regional əməkdaşlığa dair müzakirələr aparıldığını deyib: “ATƏT bu prosesdə çox fəal iştirak edəcək”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button