Dünya

Baş katib: “Biz təbiətə qarşı müharibəni dayandırmalı və onu bərpa etməliyik”

Beynəlxalq Ana Torpaq Günü münasibətilə BMT Baş katibi Antoniu Quterreşi müraciət ünvanlayıb.

Baş katib müraciətdə deyir ki, Beynəlxalq Ana Torpaq Günü qeyd edilən bir vaxtda planetimiz uçurumun kənarındadır. Bəşəriyyət təbiəti istismar etməyə davam edir: “Yer kürəsindəki ehtiyatları amansızca talan edirik, vəhşi təbiəti yox edirik, habelə atmosfer, torpaq və dənizi tullantı yerinə çeviririk”.

Vacib ekosistemlər və ərzaq zənciri məhv olmaq üzrədir. Bu intihara bərabərdir.

“Biz təbiətə qarşı müharibəni dayandırmalı və onu bərpa etməliyik”. Bu, qlobal istiləşməni 1.5 °C-ə məhdudlaşdırmaq üçün iqlim dəyişikliyinə qarşı cəsarətlə mübarizə aparmaq və gərəkli dəyişikliklərə uyğunlaşmaq deməkdir. Bu, biomüxtəlifliyi qorumaq üçün daha ciddi addımların atılması deməkdir. Bu, həmçinin tullantıları məhdudlaşdıran dairəvi iqtisadiyyatı qurmaq və çirkələnməni azaltmaq deməkdir: “Bu addımlar yeganə evimiz olan yer planetini qoruyacaq və milyonlarla yeni iş yeri yaradacaq”.

COVID-19 pandemiyasından bərpa prosesi dünyanın daha təmiz, yaşıl və dayanıqlı olması üçün bir şansdır: “Gəlin builki Beynəlxalq Ana Torpaq Günündə planetimizi sağaltmaq və təbiətlə sülh içində yaşamaq üçün ciddi səy göstərək”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button