Dünya

Baş nazir: “Bu, dünyada milyonlarla insanın yaşadığı bir gerçəklikdir”

Baş nazir Narendra Modi investisiyaların cəlb olunmasına köməklik göstərmək və yaşıl əməkdaşlıqların reallaşdırılmasına imkan yaratmaq məqsədilə Hindistan-ABŞ iqlim və təmiz enerji üzrə tərəfdaşlığını elan edib.

İstiqlal.az xəbər verir ki, Amerika Birləşmiş Ştatların ev sahibliyi etdiyi iqlim mövzusunda keçirilən liderlərin virtual sammitində Baş nazir “2030-cu ilədək Kollektiv Sıçrayış” mövzusunda çıxışında deyib. İqlimlə bağlı məsuliyyətli addımlar atan bir ölkə kimi Hindistan, tərəfdaşlarını Hindistanda davamlı inkişafla bağlı sistemlər yaratmağa çağırır. Bütün bunlar, həmçinin yaşıl maliyyəyə və təmiz texnologiyaları əlverişli formada əldə etməyə ehtiyacı olan digər inkişaf etməkdə olan ölkələrə kömək edə bilər: “Buna görə də, Prezident Bayden və mən “Hindistan-ABŞ iqlim və 2030-cu il təmiz enerji ilə bağlı gündəm əməkdaşlığı”nı başladırıq. Biz birlikdə investisiyaların səfərbər olunmasına, təmiz texnologiyaların nümayiş etdirilməsinə və yaşıl əməkdaşlıqların həyata keçirilməsinə köməklik edəcəyik”.

Baş nazir deyib ki, bəşəriyyət hazırda qlobal pandemiya ilə mübarizə aparır və bu hal iqlim dəyişikliyi təhlükəsinin aradan qalxmadığını bir daha xatırladır. Bu, dünyada milyonlarla insanın yaşadığı bir gerçəklikdir.

Modi qeyd edib ki, 2030-cu ilədək 450 Gigavat həcmində uğurlu bərpa olunan enerji ilə bağlı hədəfləri bununla bağlı qəti qərarlarını göstərir. İnkişafla bağlı çətinliklərə baxmayaraq, təmiz enerji, enerji səmərəliliyi, meşələrin salınması və biomüxtəliflik mövzusunda çox cəsarətli addımlar atılıb.

Baş nazir əlavə edib ki, Hindistanın adambaşına düşən karbon ayaq izi qlobal ortalamadan 60  faizdən daha aşağıdır və bu hal buradakı həyat tərzinin hələ də davamlı ənənəvi təcrübələrə dayanır.

Sammitdə 40-a yaxın dünya lideri iştirak edir.  Sammit, 2021-ci ilin noyabr ayında Tərəflərin 26-cı BMT İqlim Dəyişikliyi Konfransına (COP26) hazırlıq ərəfəsində keçiriləcək iqlim problemlərinə həsr olunmuş bir sıra qlobal görüşlərin bir hissəsidir.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button