Dünya

Bayden ABŞ-ın dünya arenası ilə bağlı niyyətini açıqladı

ABŞ prezidenti Cozef Bayden bildirib ki, ölkə dünya arenasında lider olmaq niyyətindədir.
“Report” xəbər verir ki, onun bununla bağlı çıxışının yayımını Ağ Ev aparıb.
ABŞ rəhbəri qeyd edib ki, Avropadadır. O, bir neçə sammitdə iştirak edəcək. Bu tədbirlər arasında G7-lərin görüşü və NATO-nun iclası da var.
“Sonra isə Putinlə (Rusiya prezidenti Vladimir Putinlə-red) görüşəcəm ki, o nə istədiyimi bilsin”, – Amerika lideri deyib.
Onun sözlərinə görə, rusiyalı həmkarına bildirəcək ki “Amerika qayıdıb”.
Qeyd edək ki, ABŞ və Rusiya rəhbərlərinin görüşündə Ukrayna məsələsi də müzakirə ediləcək. Bu barədə isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button