Dünya

Bayden Haitinin siyasi liderlərinə çağırış etdi

Amerika Birləşmiş Ştatları Haitiyə yardım etməyə hazırdır və bu ölkənin siyasi liderlərini dövlətin xeyrinə birləşməyə çağırır.
“Report” xəbər verir ki, bunu Amerika administrasiyasının rəhbəri Co Bayden jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Haiti sakinləri sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər: “Haitinin siyasi liderləri ölkənin yaxşılığı üçün birləşməlidirlər”.
Qeyd edək ki, naməlum şəxslərin iqamətgaha hücumu nəticəsində Haiti prezidenti Jovenel Moiz qətlə yetirilib. Haiti prezidentinin həyat yoldaşı Martin Moiz də iqamətgaha edilən hücumda ağır yaralanıb.
Daha sonra Haiti Senatı müvəqqəti prezidentini elan edib. Qərarda bildirilir, hökumətin müvəqqəti rəhbəri senat başçısı Jozef Lamber olacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button