Dünya

Bayden Kennedinin qızının namizədliyini səfir vəzifəsinə irəli sürə bilər

ABŞ prezidenti Cozef Bayden Amerika administrasiyasının 35-ci başçısı (1961-1963-cü illər) Con Kennedinin (1917-1963) qızı Kerolin Kennedinin namizədliyinin Birləşmiş Ştatların Avstraliyadakı səfiri vəzifəsinə irəli sürülməsini nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə “Axios” xəbər portalı bildirib.
Qeyd edilir ki, Bayden həmçinin ABŞ-ın 35-ci prezidenti və senator Ted Kennedinin kiçik qardaşının dul arvadı Vikki Kennedinin Amerikanın diplomatik nümayəndəliyinin Qərbi Avropa ölkələrindən birindəki rəhbəri vəzifəsinə namizəd göstərilməsi imkanlarını müzakirə edir.
Kerolin Kennedi sabiq prezident Barak Obamanın ikinci administrasiyasında Tokioda səfir işləyib. Ağ Ev nəşrin kadr təkliflərini şərh etməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button