Dünya

Bayden və Putinin görüşünü 500-dən çox jurnalist işıqlandıracaq

ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putinin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşünü işıqlandırmaq üçün 500-dən çox jurnalist akkreditasiya olunub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin BMT-nin mənzil-qərargahındakı nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, 500-600 jurnalist artıq artıq akkreditasiya olunub və yeni müraciətlərə baxılır.
Məlumata görə, jurnalistlərin qeydiyyatı iyunun 11-i Bakı vaxtı ilə saat 12:00-dək davam edəcək.
Xatırladaq ki, Ağ ev və Kreml zirvə toplantısının iyunun 16-da Cenevrədə keçiriləcəyini təsdiqləyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button