Cəmiyyət

BDU-da “Məzun günü” keçirilib – VİDEO

Bakı Dövlət Universitetində (BDU) “Məzun günü” keçirilib.
“Report” xəbər verir ki, mövcud pandemiya qaydaları nəzərə alınaraq “Məzun günü”də məhdud sayda qonaq və ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan 100 məzun iştirak edib.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən qazanılan şanlı Qələbədən söz açıb. O, xalq olaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə tarixi zəfərə imza atdığımızı söyləyib və tələbələri zəfər ilinin məzunları olması münasibəti ilə təbrik edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov və digər çıxış edənlər məzunları təbrik edərək onlara peşəkar karyeralarında uğur qazandıracaq dəyərli tövsiyələr veriblər.
Qeyd edək ki, 2020/2021-ci tədris ili üzrə universiteti 4685 nəfər bakalavr və 778 magistr pilləsini bitirir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button