İqtisadiyyat

Belarus aviaşirkəti Avropanın 12 şəhərinə reysləri ləğv edib

Belarusun milli aviadaşıyıcısı olan “Belavia” şirkəti Avropanın 8 ölkəsinə (12 şəhər) aviareysləri ləğv edib.
“APA-Economics”in məlumatına görə, bu barədə aviaşirkətin açıqlamasında deyilir.
“Bir sıra ölkədən uçuşlara qadağa qoyulduğu üçün “Belavia” 27 may – 30 oktyabr 2021-ci il tarixləri arasında Varşava (Polşa), Milan, Roma, (İtaliya), Amsterdam (Niderland), Frankfurt, Berlin, Münhen, Hannover (Almaniya), Vyana (Avstriya), Brüssel (Belçika), Barselona (İspaniya) və Kalininqrad (Rusiya) istiqamətində uçuşları ləğv etmək məcburiyyətində qalıb. Sərnişinlər istifadə olunmamış və qismən istifadə olunmuş biletlərin alındığı tarixdən bir il ərzində biletin gediş tarixini dəyişdirə və ya cərimə olunmadan tam qiymətini geri ala bilərlər. Pulun geri qaytarılması üçün biletlərin alındığı yerlə əlaqə saxlamalısınız”, – məlumatda deyilir.
Xatırladaq ki, Latviya, Litva və Polşa Belarus aviaşirkəti üçün hava məkanlarını bağlayıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button