İqtisadiyyat

Belarus bu il Azərbaycandan 1 milyon ton neft alacaq

Belarus 2021-ci ildə Azərbaycandan 1 milyon ton neft almağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov deyib.

O bildirib ki, Azərbaycandan Belarusa tədarük davam edir:

“Bu il üçün 1 milyon ton planlaşdırılıb. Bu günədək artıq 270 min ton tədarük olunub. 90 min ton neft daşıyan tanker hazırda yoldadır”.

Səfir əlavə edib ki, Azərbaycan ötən il Belarusa 800 min ton neft tədarük edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button