Dünya

Belarus Lukaşenkonun əsas rəqibinin bank hesabını dondurdu

Belarus Dövlət Bankı müxalifət lideri Svetlana Tixanovskayanın bank hesabını dondurub.

Bu barədə müxalifətçinin Teleqram hesabında məlumat yayılıb.

Məlumata görə, bankdan Tixanovskaya bildirilib ki, sözügedən addım terror aktlarında iştirak edənlərin siyahısına daxil olan şəxslərin hesablarının dondurulması tədbirləri çərçivəsində atılıb.

Qeyd edək ki, ötən həftə Belarus Dövlət Təhlükəsizlik Komitəsi müxalifət liderləri S. Tixanovskayanı terror fəaliyyəti ilə məşğul olan şəxslərin siyahısına salmışdı.

Xatırladaq ki, Svetlana Tixanovskaya 2020-ci il seçkilərində Belarus Respublikası prezidentliyinə namizəd olub. Seçkinin rəsmən elan edilmiş nəticələrinə görə, Tixanovskaya səslərin 10% -dən bir qədər çoxunu qazanaraq Aleksandr Lukaşenkodan sonra ikinci yeri tutub.

11 avqust 2020-ci ildə S.Tixanovskaya özünü Belarusun milli lideri elan edərək Litvada məskunlaşmaq məcburiyyətində qalıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button