İdman

Belarus millisinin baş məşqçisi: “Əvəzləmələr bizi məhv etdi”

“Əlimizdən gələni etdik. Çox çalışdıq, amma əvəzləmələr bizi məhv etdi”.
Apasport.az saytının məlumatına görə, bunu Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Azərbaycanla keçirilən yoldaşlıq görüşündən sonra deyib.
Minskdə baş tutan qarşılaşmada yığmamız əzmkar qələbə qazanıb – 2:1.
Oyunsonrası mətbuat konfransında Kondratyev fikrini bu sözlərlə davam etdirib: “Dəyişdirdiyimiz futbolçular özləri əvəzlənmək istədilər. Sona qədər mübarizə aparmaq istəyirdik. Ancaq meydana sonradan qoşulanlar oyuna girə bilmədilər. Yığmaya çağırmaq üçün zəng edəcək başqa oyunçu yoxdur. Meydanda olan start heyəti yaxşı oynadı. Ancaq əvəzetmələr oyunumuzu gücləndirmədi”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button