Dünya

Belçikada sel nəticəsində 15 nəfər ölüb, 5 nəfər itkin düşüb

Belçikada daşqınlar nəticəsində 15 nəfər ölüb, 5 nəfər itkin düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı iyulun 16-da yerli RTBF telekanalı yayıb.
Bildirilib ki, Belçikanın cənubunda yerləşən Valloni regionunda onlarla yaşayış məntəqəsini, Lyej və Namyur kimi iri şəhərləri su basıb. Onlarla ev dağılıb, minlərlə sakin təxliyə edilib. Regionun elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb, dəmiryolunun işi iflic olub, avtomobil yolları dağılıb, bir sıra yaşayış məntəqəsinə içməli su verilmir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button