İdman

“Beşiktaş” Mehmet Topalla anlaşıb

Türkiyə çempionu “Beşiktaş” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, Dieqo Kosta və Raşid Qezzalı heyətinə qatmağa yaxın olan “ağ-qaralar” daxili bazarda da fəallıq nümayiş etdirir.
İstanbul təmsilçisi Türkiyə millisinin sabiq futbolçusu Mehmet Topalla anlaşıb. Yay fasiləsində “Başakşəhər”dən ayrılan 35 yaşlı dayaq yarımmüdafiəçisi “Qalatasaray” və “Fənərbaxça”dan sonra ölkənin digər böyük klubu olan “Beşiktaş”ın da formasını geyinəcək. Topal “ağ-qaralar”la 1 illik müqaviləni razılaşdırıb.
Qeyd edək ki, Mehmet Topal 2010-2012-ci illərdə “Valensiya”nın şərəfini qoruyub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button