Cəmiyyət

Beyləqanda yol qəzasında ana və azyaşlı övladı xəsarət aldı

Beyləqan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə Beyləqan rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1975-ci il təvəllüdlü Əliyeva Mətanət Qulam qızı və onun 13 yaşlı övladı Əliyeva Səriyyə Elçin qızı xəsarət alıblar.
Yaralılar təcili yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirib və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button