Mədəniyyət

Beynəlxalq Buker mükafatının qısa siyahısı açıqlanıb

Beynəlxalq Buker (International Booker Prize) mükafatının qısa siyahısı açıqlanıb.

APA-nın mükafatın rəsmi saytına istinadla verdiyi xəbərə görə, qısa siyahıya ingilis dilinə tərcümə olunmuş altı əsər daxildir.

Qısa siyahıya düşmüş əsərlər aşağıdakılardır.

1. David Diop – “Gecə bütün qanlar qara rəngdədir”. (Fransa)

2.Mariana Enrikez – “Yataqda siqaret çəkməyin təhlükələri” (Argentina)

3. Benjamin Labatut – “Dünyanı anlamağı dayandıranda” (Hollandiya)

4. Olqa Ravn – “Əməkdaşlar” (Danimarka)

5. Mariya Stepanova – “Yaddaşın xatirəsinə” (Rusiya)

6. Eric Vuillarda – “Yaddaşın müharibəsi” (Fransa)

Qalib iyunun 2-i elan olunacaq.

Qeyd edək ki, 2005-ci ildən təsis olunan Beynəlxalq Buker mükafatı ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir. 50 min funt-sterlinq dəyərində olan mükafat müəllif və tərcüməçi arasında bərabər bölünür.

Mükafatın ilk laureatı albaniyalı yazıçı İsmael Kadare olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button