Cəmiyyət

Biləcəridə sürücü idarəetməni itirərək avtomobili səkiyə çırpdı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Hüseynli Nihat Elşən oğlu Biləcəri qəsəbəsi ərazisində sükana nəzarəti itirərək avtomobilini səkiyə çırpıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona çənənin və sol diz oynağının yumşaq toxumalarının əziyi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button