Cəmiyyət

Biləsuvarda otbağlayan aqreqat mexanizatorun üstünə aşıb

Biləsuvar rayonunun Xırmandalı kəndində bədbəxt hadisə baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, həmin kəndin sakini, 1960-cı il təvəllüdlü Hüseynov Balasər Adışirin oğlu yaşadığı ünvanda özünəməxsus otbağlayan aqreqatı təmir edən zamanı qoşqu onun üzərinə aşıb.
Nəticədə mexanizator müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button