Cəmiyyət

Binədə sexdə baş verən yanğın söndürüldü – YENİLƏNİB

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, görülən operativ tədbirlərlə yanğın daha da genişlənməsinin qarşısı alınaraq söndürülüb.
14.26
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olması barədə məlumat daxil olub.
“Report” xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button