Cəmiyyət

Binəqədidə baş verən yol qəzasında nənə və nəvəsi xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Həsənov İsgəndər Asif oğlu, 1968-ci il təvəllüdlü Bədəlova Cəmilə Osman qızı və onun nəvəsi 2011-ci il təvəllüdlü Rzazadə Bayram Ruslan oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
C.Bədəlovaya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, B.Rzazadəyə sağ budun çıxığı, sol baldırın əzilmiş yarası, İ.Həsənova isə sağ dizin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdrıma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button