Cəmiyyət

Binəqədidə gənc sürücü yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, sürücü, 2000-ci il təvəllüdlü Hümbətli Tahir Arzu oğlu avtomobilə idarətməni itirib. Nəticədə avtomobil yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı T.Hümbətli xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ diz oynağının sınığı diaqnozu qoyulub.
İlqar Abdullayev

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button