Cəmiyyət

Binəqədidə intihara cəhdin qarşısı alındı

Bakıda intihara cəhdin qarşısı alınıb.
Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Binəqədi rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button