ManşetSiyasət

Bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək – özəl

Azərbaycan hökumətində ciddi struktur dəyuşikliyi gözlənilir. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, Nazirlər Kabinetinin tərkibinə daxil olan 31 subyektdən (17 nazirlik, 7 dövlət komitəsi, 7 dövlət xidməti və agentliyi) bəzilərinin ləğvi, bəzilərinin isə başqa qurumlara birləşəcəyi gözlənilir.

Hazırda Nazirlər Kabinetinin tərkibi aşağadakı kimidir:

  1. Daxili İşlər Nazirliyi
  2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  3. Energetika Nazirliyi
  4. Ədliyyə Nazirliyi
  5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  6. Fövqəladə Hallar Nazirliyi
  7. Gənclər və İdman Nazirliyi
  8. Xarici İşlər Nazirliyi
  9. İqtisadiyyat Nazirliyi
  10. Kənd Təsərrüfatı Nazirliyi
  11. Maliyyə Nazirliyi
  12. Mədəniyyət Nazirliyi
  13. Müdafiə Nazirliyi
  14. Müdafiə Sənayesi Nazirliyi
  15. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  16. Səhiyyə Nazirliyi
  17. Təhsil Nazirliyi

Dövlət komitələri

  1. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
  2. Diasporla İş üzrə Dövlət Komitəsi
  3. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
  4. Dövlət Gömrük Komitəsi
  5. Dövlət Statistika Komitəsi
  6. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
  7. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Dövlət şirkətləri və dövlət xidmətləri

  1. Dövlət Miqrasiya Xidməti
  2. Dövlət Sərhəd Xidməti
  3. Dövlət Təhlükəsizliyi Xidməti
  4. Xarici Kəşfiyyat Xidməti
  5. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
  6. Qida Təhlükəsizliyi Agentliyi
  7. Dövlət Turizm Agentliyi

İstiqlal.az-a daxil olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğvi, səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsi, Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyinin tabeçiliyinə verilməsi, Miqrasiya və Sərhəd Xidmətlərinin Təhlükəsizlik Xidmətinin tabeçiliyinə verilməsi,  Diasporla İş üzrə Dövlət Komitəsinin Xarici İşlər Nazirliyinin tabeçiliyinə verilməsi, Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi nəzərdə tutulur.

Ümumiyyətlə struktur islahatları nəticəsində Nazirlər Kabinetinin tərkibinə daxil olan subyektlərin sayının 25-ə qədər azaldılacağı gözlənilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button