İqtisadiyyat

“Bir Pəncərə” Mərkəzi vasitəsilə qeyri-neft ixracı 45% artıb

Bu ilin yanvar-aprel ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən 79,7 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
“APA-Economics”in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,2% artıb.
Bu ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 15,3 mln. dollar olub ki, bu da aprel ayı ilə müqayisədə 10,5% azdır.
Qeyd edək ki, 2017-ci ildən 2021-ci ilin may ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 553 mln. dollar təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button