İqtisadiyyat

Bir sıra Avropa ölkələrində elektrik enerjisinin qiymətləri rekord həddə artıb

Anomal istilər Baltikyanı ölkələrdə və Şərqi Avropada elektrik enerjisi qiymətlərinin kəskin artmasına səbəb olub, bəzi ölkələrdə 1 MVt saatının spot qiyməti 100 avronu keçib.
“APA-Economics”in “Kommersant”a istinadən verdiyi xəbərə görə, Litvada son bir həftə ərzində (21-27 iyun) 1 MVt saatın orta qiymət 85,5 avro təşkil edib ki, bu da ayın əvvəlindəki göstəricidən 28% çoxdur. Bu, 2015-ci ilin payızından bəri son altı ildə ölkə üçün ən yüksək qiymət səviyyəsi hesab olunur. 
Estoniyada 1 MVt üçün orta həftəlik spot qiymət 24% artaraq 76,15 avroya, Latviyada isə 37% artaraq 85,5 avroya yüksəlib. 
Elektrik enerjisinin qiymətlərindəki artım Avropa İttifaqının digər ölkələrində də müşahidə edilib. Belə ki, həftə ərzində Polşada 1 MVt-ın qiyməti 88 avronu, Macarıstan və Çexiyada isə pik saatlarda bu göstərici 100 avronu üstələyib. Bu, isti hava şəraitində kondisionerlərin işlədilməsində kəskin artımla və külək enerjisi istehsalında azalma ilə əlaqələndirilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button