İqtisadiyyat

“BirBank”ın yükləmə sayı 3 milyonu ötüb

Onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən 3 milyon nəfərdən artıq istifadəçi “BirBank” tətbiqini “App Store” və “Play Store”dan yükləyib.
“Kapital Bank”dan “APA-Economics”ə verilən məlumata görə, hazırda “BirBank” ölkədə ən çox yüklənilən və ən çox istifadə edilən mobil bank tətbiqidir. “iOS” və “Android” əməliyyat sistemləri “BirBank”ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən populyar tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.
“BirBank” mobil tətbiqinin “Bonuslar” hissəsində həm də “ƏDV geri al” bölməsi yaradılıb. Artıq müştərilər portalda olan şəxsi kabinetlərini “BirBank” vasitəsilə idarə edə bilirlər. Virtual “pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.
Həmçinin, “BirKart” istifadəçiləri “BirBank” mobil tətbiqində yaradılmış şəxsi kabinetdə kredit və taksit borcları haqqında detallı məlumat alıb, ödənişlər apara bilərlər. Bütün bunlarla yanaşı “BirBank” tətbiqində bankomatdan QR kod vasitəsilə nağdılaşma, hətta istifadəçiyə ən yaxın olan Kapital Bank bankomatının yerini də təyin etmək olar. Xüsusi funksiya ilə tətbiqə əlavə olunan avtomobilin cərimələri barədə dərhal bildiriş almaq və cərimə ödənişləri həyata keçirmək mümkündür.
Xatırladaq ki, ölkə üzrə ən məşhur bank tətbiqi olan “BirBank”ın 3 milyondan artıq yüklənmə sayı var. “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button