İqtisadiyyat

“Bitcoin”in dəyəri 10% artıb

14 iyun tarixində ticarət zamanı “Bitcoin”in dəyəri 10%-dən çox artıb. Hazırda kriptovalyuta 39 min ABŞ dollarından baha ticarət olunur.
“APA-Economics” xəbər verir ki, “Binance” birjasının məlumatına görə, saat 04:02-də “Bitcoin”in dəyəri 39 189 dollara çatıb. Ümumiyyətlə, dünyanın ən böyük birjalarında sözügedən kriptovalyutanın qiyməti 39,1 min dollara yaxındır.
Xatırladaq ki, 2021-ci ilin aprelində “Bitcoin”in qiyməti 65 min dollara çatmışdı. May ayının ortalarında aparıcı rəqəmsal valyutaların dəyəri 44-64%, ümumi bazar kapitallaşması isə 1,2 trln. dollardan çox azaldı.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button