Siyasət

“Biz daima Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik” – Macarıstan XİN rəsmisi

“Burada gördüklərimiz təəssüf doğurur. Sevindirici haldır ki, bütün bunlar sona çatıb”. “Report”un Qərb mərkəzinin məlumatına görə, bunu Azərbaycanın Gəncə şəhərində səfərdə olan Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Macarıstanla çox sıx, strateji əlaqləri mövcuddur: “Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanda rəsmi səfərdə olub. Biz daima Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Çox şadam ki, sülh bərqərar olub. Biz bu gün Qarabağ bölgəsində də olduq. Ümidvaram ki, Qarabağda yenidənqurma işləri uğurla və müvəfəqiyyətlə bu yaxınlarda başa çatdırılacaqdır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button