Dünya

BMT baş katibi İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı

BMT-nin baş katibi Antoniu Quterreş Fələstini və İsraili döyüş əməliyyatlarını dərhal dayandırmağa çağırır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqində bildirib.
“Baş katib bütün tərəfləri Qəzzada və İsraildə döyüş əməliyyatlarını dərhal dayandırmağa çağırır”, – Dyujarrik deyib.
BMT həmçinin İsrail və Fələstini münaqişənin həllində vasitəçilik yardımı göstərmələrinə icazə verməyə çağırıb.
Stefan Dyujarrikin sözlərinə görə, hərbi əməliyyatlar təhlükəsizlik böhranı ilə yanaşı, humanitar böhrana da səbəb ola və əlavə olaraq bölgədə ekstremizmin daha da artmasına səbəb ola bilər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button