Gündəm

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin olunub

BMT-nin Baş katibi Antonio Quterreş Şimali Makedoniyadan olan Vladanka Andreyevanı təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi təyin edib.

Bu barədə BMT-nin saytında məlumat verilib.

V. Andreyeva, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Avropada, Asiyada beynəlxalq inkişaf, humanitar koordinasiya, vəkillik və tərəfdaşlıq quruculuğu sahəsində çalışıb. O, 21 illik təcrübəyə malikdir.

Bu təyinatdan əvvəl Kambocada BMT-nin HİV/AİDS ((İİV və yaxud HİV.İnsanın immunçatışmazlığı virusu. AIDS– Acquired Immune Deficiency Syndrome) üzrə Birləşmiş Proqramının rəhbəri olub.

Bundan əvvəl BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai idi.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button